
“Rəqib mərhələni keçməyi haqq edirdi”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının futbolçusu Pavol Şafranko evdə Bolqarıstan təmsilçisi "Levski"yə 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
28 yaşlı hücumçu bildirib ki, rəqib komanda üstün oyun nümayiş etdirib: “Onlar yaradılan fürsətləri maksimum dəyərləndirdilər. Biz isə bəzi epizodlarda istədiyimiz oyunu göstərə bilmədik. Nəticə etibarilə, bu reallığı qəbul etməli və növbəti matçlarda daha yaxşı çalışmalıyıq".
Slovakiyadan olan forvard əlavə edib ki, fərdi uğurlarına baxmayaraq, komanda olaraq pley-off mərhələsinə yüksəlmək mümkün olmayıb: “Əvvəlki iki təsnifat mərhələsində 4 qol vurmuşam, amma bu, yetərli olmadı və mərhələni keçə bilmədik. Klub olaraq daha böyük addım atmaq və daha yaxşı nəticələr əldə etmək istəyirdik, alınmadı. Təbii ki, bir qədər məyusuq. Lakin bu, futboldur və həyat da belədir".
Haşım MƏMMƏDOV