
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Bolqarıstanda "Levski" və "Sabah" arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda baş vermiş insidentlə əlaqədar tədbir görüb.
Sportnet.az xəbər verir ki, avqustun 7-də Sofiyada keçirilmiş qarşılaşmada yerli azarkeşlər tribunada ictimai keçidləri bloklayıblar.
Bu səbəbdən, "Levski" 8 min avro cərimələnib.
Xatırladaq ki, həmin matçda "Levski" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib.