
"Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar nəticəsində Kamilo Duran heyətə cəlb olunub.
23 yaşlı kolumbiyalı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Qeyd edək ki, "Qarabağ" bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.