
"Qol sevincimi Qurban Qurbanovla qeyd etmək öz qərarım idi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra deyib.
Komandanın kapitanının sözlərinə görə, illərdir sərf etdiklərin əziyyətin bəhrəsini görüblər: "Bir neçə ildir Qurban Qurbanovla çalışırıq. Onun necə əziyyətlə çalışdığını bilirəm. Özümüz də birlikdə necə əziyyətlə çalışırıq. Təbii ki, zəhmətimizin bəhrəsini görmək bizi həqiqətən də çox sevindirir. Ona görə də mənə elə gəlir ki, o, buna layiqdir və hətta artığına da layiqdir. Ona görə də qol sevincimi şəxsən Qurban Qurbanovla qeyd etməyə qərar verdim".
Qeyd edək ki, Abdullah Zubir "Ferentsvaroş"a 2:3 hesabı ilə uduzduqları matçda "Qarabağ"ın 45-ci dəqiqədə ikinci qolunun müəllifi olub. Azərbaycan təmsilçisi ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsində 5:4 hesablı üstünlüklə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.