
Fransa PSJ-sinin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib.
O, italiyalı qapıçının 39 milyon avroya “Mançester Siti”yə transfer olunduğunu yazıb.
Əvvəllər mediada Donnarummanın “Mançester Siti”də bonuslarla birlikdə illik 15 milyon avroya qədər maaş ala biləcəyi bildirilmişdi. Müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
Donnarumma PSJ-yə 2021-ci ilin yayında İtaliya “Milan”ından azad agent statusu ilə keçib. Onun Fransa çempionu ilə müqaviləsi bir ildən sonra başa çatacaq. Sözləşmə müddətinin uzadılmasına dair razılıq əldə olunmayıb.
Ötən mövsüm Donnarumma bütün turnirlərdə 47 oyunda iştirak edib və onlardan 17-də qapısını toxunulmaz saxlayıb.