
Braziliyalı qapıçı Ederson İngiltərənin "Mançester Siti" komandasını tərk edib.
Sportnet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı karyerasını Türkiyə "Fənərbağça"sında davam etdirəcək.
Daha əvvəl onunla "Qalatasaray"ın da maraqlandığı bildirilirdi.
Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, klub tarixinin ən uğurlu futbolçularından biridir. Braziliya millisinin qapıçısı Xosep Qvardiolanın rəhbərliyi altında Mançester komandası ilə 18 titul qazanıb.
Futbolçunun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.