
“İmişli” komandası olsanız da, İmişliyə xoş gəlmisiniz deyirəm".
Sportnet.az xəbər verir ki, bunu İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev eyniadlı futbol komandası ilə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında mübarizə aparan "İmişli" hazırda oyunlarını öz stadionunda müvəqqəti çətinliklər üzündən keçirə bilmir.
Rzayev bu problemin də tezliklə aradan qalxacağını vurğulayıb: "Premyer Liqaya yüksəldikdən sonra ilk dəfə görüşürük. Son oyunda "Sabah" üzərində qazandığınız 1:0 hesablı qələbəyə görə sizi təbrik edirəm. İmişlinin müasir futbol tarixi 2004-cü ildən başlayır, 2022-ci ildən isə İmişli futbol komandası kimi fəaliyyətini davam etdirir".
İcra başçısı "İmişli"nin müasir standartlara uyğun stadionunun olmasını istədiklərini açıqlayıb: "Biz sizə tam dəstəyik və hər cür kömək etməyə hazırıq".