
“Vest Hem”in futbolçusu Kurt Zuma karyerasını Rumıniyada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ÇFR ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zuma ötən mövsümü icarə əsasənda “Əl Oruba”da (Səudiyyə Ərəbistanı) keçirib. Fransa millisinin sabiq üzvü 2014-2021-ci illərdə “Çelsi”də çıxış edib və 100 oyuna çıxıb.