
Azərbaycan 2-ci liqasında mübarizə aparan “Şəki” futbol klubunun baş məşqçisi müəyyənləşib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb.
Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Bəhmən Həsənov əvvəllər "Muğan" və bu komandanın davamçısı "Rəvan"ın baş məşqçisi olub. O, eyni kluba baş məşqçi təyin olunma üzrə rekordçudur.