
İngiltərə Premyer Liqasının nəhəngi "Tottenhem Hotspur" yeni dövrə qədəm qoyur.
Sportnet.az xəbər verir ki, klubun uzun illər prezidenti olan Daniel Levi ilə yolların ayrılması, rəhbərliyə komandanın inkişafı və transfer siyasətinə böyük sərmayələr yatırmaq imkanı yaradıb.
Məlumata görə, Levinin istefası klubun maliyyə və transfer siyasətində daha çevik addımlar atmasına imkan verəcək. Yeni rəhbərlik xüsusilə hücum və müdafiə xəttini gücləndirmək, mövcud ulduz oyunçuları saxlamaq və yeni oyunçular cəlb etmək planlarını sürətləndirəcək.
Levinin uzun illər boyunca sərt maliyyə və transfer siyasəti, Spurs-un stabil fəaliyyətinə səbəb olmuşdu. İndi isə yeni rəhbərlik sərmayə imkanlarından maksimum yararlanaraq komandaya daha çevik və strateji şəkildə dəstək verə bilər.
"Tottenhem"in yaxın aylarda atacağı addımlar Premyer Liqadakı mövqeyinə ciddi təsir göstərə bilər. Fanatlar bu yeni dövrü maraqla izləyir.
Haşım MƏMMƏDOV