
Türkiyə millisi tarixi ərzində ən ağır məğlubiyyətlərdən biri ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İspaniyaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçına təsadüf edib.
"Ay-ulduzlular" 60 ildən sonra ilk dəfə rəsmi matçlarda 0:6 hesabı ilə uduzub. 1965-ci ildə İstanbulda keçirilmiş görüşdə hazırda mövcud olmayan Çexoslovasiya millisi də bu hesabla qalib gəlmişdi.
Türkiyə növbəti belə məğlubiyyət acısını 4 aprel 1984-cü ildə Macarıstanla evdə oynadığı yoldaşlıq görüşündə yaşayıb.
Bu, həm də qardaş ölkə komandasının tarixindəki ən ağır məğlubiyyətlərdən biri olub. Yığma 2 dəfə İngiltərəyə, 1 dəfə Polşaya 0:8, 1928-ci ildə Misirə 1:7, Macarıstan, Çexoslovakiya və İtaliyaya 0:6 hesabı ilə uduzub.
Türkiyə millisi tarixində 12 dəfə qarşılaşdığı İspaniyaya isə 7-ci dəfə uduzub, cəmi 1 qələbə qazanıb və 4 heç-heçə edib. Bu oyunların 9-u rəsmi, 3-ü yoldaşlıq görüşüdür. Yeganə qələbə 1954-cü ildə İstanbulda dünya çempionatının seçmə matçına təsadüf edib.
Xatırladaq ki, Türkiyə millisi ümumilikdə 356-sı rəsmi, 287-si yoldaşlıq görüşü olmaqla, 643 matç keçirib. Oyunların 252-də qələbə, 150-də heç-heçə, 241-də məğlubiyyət qeydə alınıb.