
"Heç kimdən güclü olduğumuzu düşünmürük. Necə hazırlaşdığımızı sabahkı oyun göstərəcək".
Sportnet.az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Andrey Zinçeko Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi qarşılaşmadan öncə heç bir söz verə bilmədiklərini söyləyib. O, hər hansı mövqedə oynamasının özü üçün fərqinin olmadığını bildirib: “Bu suala cavab verməkdən yorulmuşam. Bizim baş məşqçimiz harada desə, biz orada oynayacağıq".
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da başlanacaq.