
“Nottingham Forest” baş məşqçi Nunu Espiritu Santo ilə yollarını rəsmən ayırıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis avqust ayında klubun sahibi Evangelos Marinakis ilə münasibətlərinin dəyişdiyini açıqlamışdı ki, bu açıqlama tərəflər arasında anlaşılmazlığa səbəb olmuşdu.
Klub artıq yeni baş məşqçi axtarışına start verib və potensial namizədlər sırasına Oliver Qlasner, Andoni Iraola, Maurisio Poçettino və Marko Silva daxil edilib.
Qeyd edək ki, “Nottingham Forest” hazırda Premyer Liqada 3 oyun keçirmiş və 4 xalla 10-cu pillədə qərarlaşıb.