
“Kəpəz” klubu əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Gəncə təmsilçisi İlqar Nadiriyə fəaliyyət dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İlqar Nadiri 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.