
Fransa millisinin baş məşqçisi Didye Deşami azarkeşlər fitə basıb.
Sportnet.az-ın "Get French Football News" nəşrinə istinadən məlumatına görə, hadisə Parisdə İslandiyaya qarşı DÇ-2026-nın seçmə qrup matçında baş verib.
Görüşdən əvvəl diktor stadionda oyunçuları bir-bir təqdim edib. Fanatlar bütün adları alqışlarla qarşıladıqları halda, Deşam elan olunan kimi 57 yaşlı mütəxəssisi fitə basıblar.
Daha əvvəl İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın Fransa yığmasında eyni vəzifəyə təyinat alacağı barədə xəbərlər yayılıb.
Qeyd edək ki, İslandiyaya 2:1 hesabı ilə qalib gələn Fransa millisi D qrupunda növbəti görüşünü oktyabrın 10-da Parisdə Azərbaycan yığmasına qarşı keçirəcək.