
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Ömər Marmuş zədə səbəbindən Premyer Liqanın 4-cü turunda qarşılaşacaqları “Mançester Yunayted”lə oyunu buraxacaq.
Sportnet.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli hücumçu ölkəsinin DÇ-2026-nın seçmə mərəhləsində Burkina Faso yığmasına qarşı keçirdiyi matçda dizindən zədələnib.
Sözügedən qarşılaşmada mübarizəni davam etdirə bilməyən futbolçu 9-cu dəqiqədə əvəzlənib.
“Mançester Siti” – “Mançester Yunayted” görüşü sentyabrın 14-də, Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.