
Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.
Sportnet.az xəbər verir ki, bunu klubun saytına açıqlamasında klubumuzun prezidenti Tahir Gözel bildirib.
O deyib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.
Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.