
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletik" klubu İspaniya La Liqasının V turunda "Valensiya"nın qonağı olub.
Sportnet.az xəbər verir ki, "Mestalya" stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Bilbao komandası 61-ci dəqiqədə müdafiəçi Dani Vivianın qovulmasından sonra azlıqda qalıb. Bundan yararlanan "Valensiya" 73-cü dəqiqədə Batist Santamariya və 90+3-cü dəqiqədə Uqo Duronun qolları ilə qalib gəlib.
Hazırda "yarasalar" 5 oyundan 7 xalla 10-cu, Bilbao komandası isə 9 xalla 7-ci yerdə gedir. Turnir cədvəlinə 15 xalla "Real Madrid" başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Atletik"lə III turda səfərdə qarşılaşacaq.