
AFFA Rusiyanın bütün komandalarının bütün yarışlara qaytarılmasının lehinə çıxış edib.
Sportnet.az sport24.ru-ya istinadən xəbər verir ki, Azərbaycan qonşu ölkənin tam qayıdışına müsbət yanaşan 7 ölkədən biridir.
Digər ölkələr Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan, Macarıstan və Qazaxıstandır.
Əvəzində Portuqaliya İspaniya, İtaliya, İsveçrə, Slovakiya, Sloveniya və Çexiya UEFA-nın rəzılığı təqdirində bu variantı müzakirə etməyə hazırdır.
Skandinaviya ölkələri isə hazırkı məhdudiyyətlərin yumşaldılması lehinədir. İsveç, Finlandiya və Norveç ilk dəfə Rusiyanın gənclər və qadınlardan ibarət komandalarının qayıdışına razı olub. Üstəlik, Ukrayna ilə münaqişədə siyasi vəziyyət dəyişəcəyi və tərəflər arasında sülhə gəlinəcəyi halda, bu addım ilin sonunadək atıla bilər.
Qeyd edək ki, 2026-cı il fevralın 12-də Belçikanın paytaxtı Brüsseldə UEFA Konqresi keçiriləcək. Toplantıda Rusiya məsələsinə də baxılacaq. Əsas müzakirə mövzusu Rusiya klublarının avrokuboklarda iştirakı və gənclər yığmalarının Avropa miqyaslı yarışlarda iştirakı olacaq.