
İspaniya "Barselona"sının futbolçusu Qavi 4-5 ay müddətinə sıradan çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi daxili meniskinin bərpası məqsədilə artroskopiya keçirib.
Meniskin saxlanılması məqsədilə ona tikişlər atılıb.
İspaniyalı oyunçu 2023-cü ilin noyabrında xaçabənzər bağlarını qırıb. Bundan sonra o, 2024-cü ilin sentyabrınadək bərpa dövrü keçib.
Qavi hazırkı zədəsini isə ötən ay alıb. O, cari mövsümdə La Liqada 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayınadəkdir.