
FIFA 2030-cu ildə 64 komandalı dünya çempionatı təşkil etməkdən imtina edib.
Sportnet.az "The Guardian"a istinadən xəbər verir ki, ali futbol qurumunun rəsmiləri iştirakçı sayını seçmə oyunları əhəmiyyətsiz etməmək və mundialda intriqasız oyunlar keçirməmək üçün bu ideyadan əl çəkiblər.
FIFA-dakı məlumatlı mənbənin sözlərinə görə, təkcə Avropadan deyil, iştirakçıların çoxu 64 komandanın qatılmasının dünya çempionatına zərər yetirəcəyini düşünür.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə hərəyə bir oyuna ev sahibliyi edəcək.