
FIFA İntizam Komitəsi Malayziya yığmasının 7 futbolçusunu 12 ay müddətinə diskvalifikasiya edib.
Sportnet.az-ın məlumatına görə, səbəb kimi intzam kodeksinin saxtalaşdırma bəndinin pozulması göstərilib.
Sanksiyalar Qabriel Felipe Qabriel Arroça, Fakundo Tomas Qarses, Rodriqo Xulian Holqado, İmanol Xavyer Maçuka, Joao Vitor Fiqeyredo, Yon İrasabal İraurqa və Ektor Akexandro Serranoya tətbiq olunub.
Onların hamısı Asiya Kuboku-2027 turnirinin III təsnifat mərhələsində Vyetnama qarşı oyunda iştirak ediblər. İyunun 10-da Kuala Lumpurda keçirilmiş oyun Malayziyanın qələbəsi ilə yekunlaşıb.
Malayziya Futbol Federasiyası bu futbolçuları iştirak ərizəsinə daxil etmək imkanı qazanmaqdan ötrü FIFA-ya saxta sənəd göndərib. Nəticədə bu qurum 350 min İsveçrə frankı (375 min avro), hər bir oyunçu isə 2 min frank (2140 avro) məbləğində cərimələnib.
FIFA İntizam Komitəsi futbolçuların Malayziya yığmasında oynamaq hüququnun olub-olmadığını aradırmaq üçün məsələni FIFA Tribunalına verib. Qərardan FIFA Apellyasiya Komitəsinə şikayət oluna bilər.
Qeyd edək ki, Yon İrasabal İrauqa 2022 - 2025-ci illərdə "Sabah"da çıxış edib. Daha sonra o, Malayziya təmsilçisi "Cohop"a üz tutub.