
27 sentyabr – Azərbaycanda Anım Günü əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da bir dəqiqəlik sükut elan olunub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportnet.az-a verilən məlumata görə, Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb.
Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.