
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu və "Sabah" komandasının yetirməsi Nazim Əliyev Serbiya "Srvena Zvezda"sına keçib.
Sportnet.az xəbər verir ki, 15 yaşlı hücumameylli yarımmüdafiəçi Belqrad təmsilçisinin yeniyetmələrdən ibarət komandasında baş məşqçi Slavişa Şuşanın rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, "Srvena Zvezda" daha əvvəl Azərbaycandan İslam Həsənovu da transfer edib. 17 yaşlı Həsənov hazırda "Qrafiçar"ın gənclərdən ibarət komandasında forma geyinir.