
"Çox yaxşı oyun göstərdik və sona qədər mübarizə apardıq. Üstünlüyü ələ keçirmişdik, amma sonda istəyimiz alınmadı".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın U-16 yığmasının futbolçusu Əli Bəşirov III MDB Oyunlarının finalında Rusiyaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Qarşılaşmada "dubl" edən 15 yaşlı sol cinah yarımmüdafiəçisi yeniyetmə yaşında bu cür nüfuzlu turnirin həyəcanını yaşamağı özü üçün dəyərli sayıb: "İnanıram ki, bunun ardı gələcək. Özümü daha da inkişaf etdirəcəyəm və bununla fəxr edirəm".
Qeyd edək ki, milliyə "Qarabağ"dan dəvət alan Əli Bəşirov III MDB Oyunlarında ümumilikdə 4 qol vurub.