
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında yeni təyinat olub.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, yığmada qapıçılarla iş üzrə məşqçi vəzifəsini Rauf Mehdiyevə həvalə olunub.
O, U-21-də baş məşqçi Rəşad Eyyubovun rəhbərliyi altında çalışacaq. Məlumat Sportnet.az-a AFFA-nın mətbuat xidmətindən də təsdiqlənib.
Mehdiyevin son iş yeri I Liqada çıxış edən "Mingəçevir" klubu olub. O, yayda baş məşqçi Füzuli Məmmədov və digər köməkçi-məşqçilərla birlikdə komandadan ayrılıb.
Qeyd edək ki, Ayxan Abbasovun Azərbaycanın əsas millisinə baş məşqçi təyinatından sonra U-21 Rəşad Eyyubova tapşırılıb. Eyyubovun əsas köməkçisi isə Fərid Namazov olacaq. Fiziki hazırlıq üzrə məşqçinin adına isə hələ aydınlıq gəlməyib.