
Ukrayna millisi İslandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə oyunlarından əvvəl üçüncü futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, Kiyev "Dinamo"sunun müdafiəçisi Oleksandr Timçik millinin düşərgəsini tərk edib.
Buna Timçikin klubunda aldığı zədə səbəb olub.
Daha əvvəl İspaniya "Jirona"sının yarımmüdafiəçisi Viktor Tsıqankov və Türkiyə "Trabzonspor"unun orta sahə oyunçusu Oleksandr Zubkov da zədə üzündən heyətdən kənarda qalıb. Baş məşqçi Sergey Rebrov heyətə iki futbolçu dəvət edib. Bunlar Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Oleq Oçeretko və Jitomir "Polesye"sinin orta sahə oyunçusu Vladislav Velikandır. Velikan yığmaya ilk dəfə çağırılıb.
Qeyd edək ki, Ukrayna millisi İslandiya ilə oktyabrın 10-da Reykyavikdə, Azərbaycanla oktyabrın 13-də Polşanın Krakov şəhərində üz-üzə gələcək.