
AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssisin müqaviləsində yer alan bütün şərtlərə əməl edilib.
AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, Qafqazinfo-nun məlumatına görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.
Xatırladaq ki, Fernandu Santuş ötən sentyabrın 8-də istefaya göndərilib.