
Norveç millisinin futbolçusu Erlin Holann İstail yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup matçında iki dəfə penaltidən yararlana bilməyib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu 6-cı dəqiqədə ilk belə imkanı qaçırıb.
Lakin bu zaman israilli qapıçı Daniel Perets qaydaları pozduğu üçün penalti təkrarlanıb. Lakin Holannın ikinci zərbəsini də Perets dəf edib.
Qeyd edək ki, Oslodakı "Ullevol" stadionunda hazırda davam edən oyunda Norveç 3:0 hesabı ilə öndədir. İkinci qolu Erlin Holann 27-ci dəqiqədə oyun vəziyyətindən vurub.