
Ukrayna və Azərbaycan milliləri arasında keçirilən 2026-cı il dünya çempionatının seçmə oyununda bir sıra məşhur simalar iştirak edir.
Sportnet.az xəbər verir ki, bu barədə oyunu CBC Sport telekanalı ilə şərh edən Gündüz Abbaszadə bildirib.
Onun sözlərinə görə, Polşanın Krakov şəhərindəki "Krakoviya" stadionunda oynayılan qarşılaşmanı canlı izləyənlər arasında Türkiyə millisinin sabiq futbolçusu, hazırda Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının baş məşqçi vəzifəsində çalışan Arda Turan da var.
O, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko və "Şaxtyor"un keçmiş kapitanı Dario Srna ilə birlikdə fəxri tribunada yer alıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.