
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Cəfərov UEFA Konfrans Liqasının Liqa mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" "Şelburn"u (3:0, 1:0) UEFA Çempionlar Liqasının II təsnifat, "Şkendiya"nı ilə III təsnifat mərhələsində (1:0, 5:1) mübarizədən kənarlaşdırıb.