
Türkiyənin idman səhifəsi “Zspor”un blogeri Recep Kaya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sürpriz edib.
Sportnet.az xəbər verir ki, o, komandamıza İspaniyada “Atletik Bilbao” ilə keçiriləcək oyundan əvvəl dəstək videoçarxı hazırlayıb.
Həmin videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər.
Qurban Qurbanov videonu izləyərkən təsirlənib.
Bloger paylaşıma bu sözləri yazıb: “Qurban müəllimi “Atletik Bilbao” matçından əvvəl kövrəltdik”.
Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək. “San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək (qafqazinfo).