UEFA Avropa Konfrans Liqasında Liqa mərhələsinin II tur matçları keçirilib.
Sportnet.az xəbər verir ki, turun 18 görüşündən 17-si baş tutub.
Türkiyə təmsilçisi "Samsunspor" Ukraynanın "Dinamo Kiyev" komandasını böyük hesabla məğlub edib. Qolları Entoni Musaba 2-ci, Marius Muandilmaci 34-cü, Karlo Holse 62-ci dəqiqədə vurub.
Beləliklə, ardıcıl 2-ci qələbəsini qazanan "Samsunspsor" Kiprin AEK, İtaliyanın "Fiorentina", Sloveniyanın "Tsele", İsveçrənin "Lozanna-Sport" və Almaniyanın "Maynts" komandaları ilə birlikdə itkisiz irəliləyir.
Baş tutmayan oyun isə Xorvatiyada "Riyeka" və Çexiya "Sparta"sı arasında olub. Yağışlı hava şəraiti ilə əlaqədar görüş 12-ci dəqiqədə dayandırılıb. Yarım saat sonra qarşılaşma qaldığı yerdən bərpa edilsə də, komandalar fasiləyə çıxdıqdan sonra ikinci hissə üçün geri qayıtmayıblar. İngiltərəli baş hakim Robert Cons qarşılaşmanın təxirə salınmasına qərar verib. Matç oktyabrın 24-də Bakı vaxtı ilə saat 18:00-da 46-cı dəqiqədən davam etdiriləcək.
UEFA Avropa Konfrans Liqası
Əsas mərhələ, III tur
23 oktyabr
20:45. AEK (Yunanıstan) - "Aberdin" (Şotlandiya) - 6:0
20:45. "Heken" (İsveç) - "Rayo Valyekano" (İspaniya) - 2:2
20:45. AZ (Niderland) - "Slovan" (Slovakiya) - 1:0
20:45. "Breydablik" (İslandiya) - KuPS (Finlandiya) - 0:0
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Legiya" (Polşa) - 1:2
20:45. "Drita" (Kosovo) - "Omoniya" (Kipr) - 1:1
20:45. "Şkendiya" (Şimali Makedoniya) - "Şelburn" (İrlandiya) - 1:0
20:45. "Strasburq" (Fransa) - "Yagelloniya" (Polşa) - 1:1
20:45. "Rapid" (Avstriya) - "Fiorentina" (İtaliya) - 0:3
23:00. "Mayns 05" (Almaniya) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0
23:00. "Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr) - 0:1
23:00. "Hamrun" (Malta) - "Lozanna" (İsveçrə) - 0:1
23:00. "Linkoln" (Cəbəllütariq) - "Lex" (Polşa) - 2:1
23:00. "Samsunspor" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Tsele" (Sloveniya) - 0:2
23:00. "Siqma" (Çexiya) - "Rakuv" (Polşa) - 1:1
23:00. "Universitatya" Krayova (Rumıniya) - "Noa" (Ermənistan) - 1:1
20:45. "Riyeka" (Xorvatiya) - "Sparta" (Çexiya) - 0:0 (Matç təxirə salınıb)











































































