İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger 2026-cı il dünya çempionatının əsas favoritini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, qocaman mütəxəssis Fransanı turnirin qalibi kimi gördüyünü bildirib.
Onun sözlərinə görə, əsas səbəb bu yığmanın hücum xəttindəki güclü oyunçuların sayı ilə bağlıdır.
Əslən fransalı olan Venger deyib: “Maksimum obyektiv olmağa çalışıram, amma Fransanın əsas favoriti olmasının səbəbi təkdir: onların dünya səviyyəli hücumçuları digər ölkələrdən daha çoxdur. Bu isə böyük rol oynayacaq".
Qeyd edək ki, DÇ-2026-nın final oyunu Nyu-York yaxınlığındakı İst-Raterfordda yerləşən “MetLife Stadium”da keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir.












































































