Norveç yığmasının baş məşqçisi Stole Solbakken 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimini dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 57 yaşlı mütəxəssis NRK-ya açıqlamasında tədbirin formatını tənqid edib.
O, həddindən artıq əyləncəyə yer verilməsindən narazılıq ifadə edib: “Bu, bir növ "eybəcərlər şousu" idi. Sanki futbol vərəqələri albomuna baxırsan – həm keçmiş ulduzlar, həm də indiki kumirlər oradadır. Keçmiş və indiki dövrün məşqçi əfsanələri, dünya çempionu futbolçular… Səhnədə həddən artıq çox əyləncə vardı. Yaxşı ki, artıq bitdi. ABŞ Prezidenti Donald Trampa ‘Sülh mükafatı’nın verilməsi? Çox layiqdir (gülür)”.
Qeyd edək ki, Norveç millisi dünya çempionatının I qrupunda Senegal, Fransa və pley-off qalibi (Boliviya / Sürinam - İraq) ilə qarşılaşacaq.















































































