İngiltərənin "Börnli" klubunun futbolçusu Hanniabal Mejbri azarkeşə tüpürdüyü üçün 4 oyunluq diskvalifikasiya alıb.
Sportnet.az-ın məlumatına görə, hadisə 18 oktyabrda Premyer Liqanın VIII turunda “Börnli” – “Lids” oyunundan sonra baş verib.
Qarşılaşmanı 2:0 hesabı ilə qazanan meydan sahiblərinin yarımmüdafiəçisi matçdan sonra “Lids” azarkeşlərindən birinin ona qarşı irəli sürdüyü iddia ilə üzləşib.
Futbol Assosiasiyası (FA) və Lankaşir polisi insidenti araşdırıb və 22 yaşlı oyunçu günahını etiraf edib. Nəticədə o, 4 matçlıq cəza və 15 min funt sterlinq məbləğində cərimə ilə üzləşib.
Mejbri 2025/2026 mövsümündə bütün turnirlərdə 14 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.














































































