Xabi Alonsonun İspaniya “Real Madrid”inin baş məşqçi postunda gələcəyi sual altına düşüb.
Sportnet.az "El Larguero" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nda 44 yaşlı mütəxəssisi mövcud vəziyyəti dəyişdirə biləcək şəxs hesab etmirlər.
Madridlilər La Liqanın XVI turunda "Alaves"in qonağı olacaq. Oyun dekabrın 14-də keçiriləcək. Hətta qələbə təqdirində də Alonsonun 2026-cı ildə komandanın baş məşqçisi olmayacağı iddia olunur.
Xatırladaq ki, “Real Madrid” hazırda La Liqada ikinci yerdə qərarlaşıb və “Barselona”dan 4 xal geri qalır.









































































