AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov FIFA referiləri Əliyar Ağayev və Kamal Umudlunun penalti qərarlarını haqsız sayıb.
Sportnet.az xəbər verir ki, Həsənov Ağayevin Azərbaycan Premyer Liqasında XIV turun "Sumqayıt" - "İmişli", Umudlunun isə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "İmişli" - "Sabah" oyunlarında yanlış qərar qəbul etdiyini bildirib.
Onun fikrincə, Ağayev "İmişli"nin, Umudlu isə "Sabah"ın qapısına penalti təyin etməməli idi. Həsənov ümumilikdə 5 mübahisəli epizoddan 2-də doğru qərarın verilmədiyini söyləyib.
Qeyd edək ki, Kamal Umudlu Premyer Liqanın XV turunda heç bir oyuna təyinat almayıb. Lakin Əliyar Ağayev "Turan Tovuz" - "Sabah" matçında baş hakim olacaq.







































































