Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun C qrupunun III turunda Uqanda və Nigeriya yığmaları arasında keçirilən oyun maraqlı hadisə ilə yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmada Uqanda millisinin eyni matçda üç qapıçısı meydanda olub.
Oyuna əsas qapıçı Denis Onyango start heyətində başlayıb. Lakin o, zədə aldığı üçün fasilədə əvəzlənib.
Onyanqonun yerinə meydana çıxan Camal Salim də uzun müddət dözə bilməyib. Qapıçı 56-cı dəqiqədə cərimə meydançasından kənarda əllə oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bundan sonra Uqanda millisinin üçüncü qapıçısı Alionzi Nafian Leqason 59-cu dəqiqədə Baba Alhassanın əvəzinə meydana daxil olub və matçı qapıda başa vurub.
Görüş Nigeriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin heyətində Pol Onuaçu (28-ci dəqiqə) və dubl edən Rafael Onyedika (62, 67) fərqlənib.
Bu məğlubiyyətdən sonra Uqanda millisi Afrika Millətlər Kuboku ilə vidalaşıb.











































































