14 yaşlı ukraynalı yarımmüdafiəçi Miroslav Vaskovski İngiltərə “Liverpul”una transfer olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.
“Miroslav, xoş gəlmisən”, – deyə “qırmızılar”ın paylaşımında qeyd olunub.
Gənc futbolçu “Liverpul”a Avstriyanın “Austriya” klubundan keçib. Vaskovski 2022-ci ildən etibarən klubun akademiyasında hazırlıq keçirdi.
O, hazırda Ukraynanın U-15 millisinin üzvüdür.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 18 turdan sonra Arne Slotun rəhbərlik etdiyi “Liverpul” 32 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 10 xal geri qalır.
"Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsinin son tur matçında "Qarabağ"ı qəbul edəcək. 2026-cı il yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.













































































