İtaliyanın “Milan” klubu Niklas Füllkruqu İngiltərə “Vest Hem Yunayted”indən icarəyə götürüb.
Sportnet.az "rossoneri"lərin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı hücumçu satınalma imkanı ilə heyətə cəlb olunub.
O, yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
Füllkruk 9 fevral 1993-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, futbolçu karyerasına “Verder”in akademiyasında başlayıb, daha sonra “Qroyter Fürt”, “Nürnberq” və “Hannover 96” klublarında çıxış edib. 2019-cu ildə “Verder”ə qayıdan hücumçu 2023-cü ilin yayında Dortmund “Borussiya”sına transfer olunub.
“Borussiya”nın heyətində Füllkruk mövsüm ərzində 42 oyuna çıxıb və 15 qol vurub. O, UEFA Çempionlar Liqasında 3 dəfə fərqlənib və İspaniya "Real Madrid"inə qarşı final matçında start heyətində yer alıb.
Dortmund klubundan sonra Füllkruk İngiltərə Premyer Liqasına yollanaraq “Vest Hem”in formasını geyinib. Hücumçu 2022-ci ilin noyabrında Almaniya milli komandasına ilk dəfə dəvət alıb və Qətərdə keçirilən dünya çempionatında iştirak edib.















































































