"Qarabağ"ın qış təlim-məşq toplanışındakı yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-da Türkiyənin Antalya bölgəsinin Belek qəsəbəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.
“Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlembe” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.














































































