Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mali yığmasına məğlubiyyətdən sonra Tunis millisində baş məşqçi dəyişikliyi baş verib.
Sportnet.az-ın Tunis Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Sami Trabelsinin vəzifəsindən azad edilib.
Qərarın tərəflərin qarşılıqlı razılığı əsasında verildiyi bildirilib. 57 yaşlı mütəxəssis məşqçilər korpusu ilə birlikdə komandadan ayrılıb.
Qeyd edək ki, Tunis yığması qrup mərhələsində C qrupunda 4 xalla ikinci yeri tutaraq pley-offa yüksəlib. Lakin 1/8 finalda Mali ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Sami Trabelsi 2025-ci ilin fevralından Tunis millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 18 oyun keçirib, 10 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.














































































