İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Yoşko Qvardiol ciddi zədə alıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Premyer Liqanın XX turunda “Çelsi” ilə 1:1 hesablı heç-heçə ilə başa çatan oyunda zədələnib.
24 yaşlı oyunçu qarşılaşmanın ikinci hissəsində xəsarət alaraq 51-ci dəqiqədə əvəzlənib.
Klubun rəsmi məlumatına əsasən, Qvardiolun sağ ayağının baldır sümüyündə sınıq aşkarlanıb. Müdafiəçini bu həftə cərrahi əməliyyat gözləyir. Hazırda zədənin dəqiq dərəcəsini və bərpa müddətini müəyyənləşdirmək üçün əlavə müayinələr davam etdirilir.








































































