Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Tovuz təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yanvarın 10-da Rumıniya “Hermanştadt”ı ilə qarşılaşacaq.
Yanvarın 17-də baş tutacaq ikinci oyunda isə rəqib Polşa təmsilçisi “Poqon” olacaq.








































































