Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli məlum olub.
Sportnet.az xəbər verir ki, ilk 3 matç bölgələrdə, növbəti 3 görüş isə Bakıda olacaq.
Yevlax şəhər stadionu 2 qarşılaşmaya ev sahibliyi edəcək. Onlardan biri açılış matçıdır. Bu, yanvarın 30-da olacaq.
Fevralın 1-də isə "Azersun Arena"da "Qarabağ" və "Turan Tovuz" arasında turun son oyunu gerçəkləşəcək.
Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası, XVIII tur
30 yanvar (cümə)
14:30. “Karvan-Yevlax” – “Sumqayıt”
Yevlax şəhər stadionu
17:00. “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu
31 yanvar (şənbə)
14:30. “Kəpəz” – “Şamaxı”
Yevlax şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu
1 fevral (bazar)
16:00. “Araz - Naxçıvan” – “Neftçi”
"Liv Bona Dea Arena"
18:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”












































































