"Qarabağ"ın futbolçuları Toral Bayramov və Aleksey Kaşuk qış fasiləsi zamanı xəstələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O, Bayramovun hələ komandaya qoşulmadığını söyləyib: "Toral bu gündən fərdi qaydada məşqlərə başlayacaq".
Qurbanov Kaşukun da durumuna aydınlıq gətirib: "Aleksey bizimlə bir-iki gün birlikdə olduqdan sonra xəstələndi. O isə bu gündən kollektiv məşqlərə başlayacaq".














































































