İtaliya A Seriyasının XX turunda “İnter” və “Napoli” komandaları qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Milan şəhərindəki "San Siro" stadionunda keçirilmiş oyun heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 9-cu dəqiqədə “İnter”in müdafiəçisi Federiko Dimarko açıb.
Qonaqlar Skott Maktominey ilə 27-ci dəqiqədə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Hakan Çalhanoğlu dəqiq penalti zərbəsi ilə ev sahiblərini yenidən önə çıxarıb, lakin Maktominey 81-ci dəqiqədə ikinci qolunu vuraraq hesabı 2:2 edib.
"İnter"in lehinə penalti qərarı verildiyi vaxt buna etiraz edən "Napoli"nin baş məşqçisi Antonio Konte texniki zonadan qovulub.
Beləliklə, “İnter” 18 oyundan sonra 43 xalla 1-ci yerdədir. “Napoli” 39 xalla 3-cü, “Milan” isə 40 xalla 2-ci pillədə qərarlaşıb.














































































