Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.














































































