Azərbaycan Premyer Liqasının autsayderi "Karvan-Yevlax" yeni futbolçu transfer edib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, qış transfer dönəmində Samir Abdullayevin keçidi rəsmiləşdirilib.
24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Yevlax komandasının formasını geyinəcək.
O, mövsümün ilk yarısını I Liqada çıxış edən “Mingəçevir”də keçirib. Bu müddət ərzində 12 oyuna çıxan Abdullayev 4 qol vurub.











































































